Xəzər Xəbər

FED: ABŞ bankları ən güclü böhrana belə tab gətirəcək

İqtisadiyyat | 13:12 • 23 İyun 2017
FED:

ABŞ-da fəaliyyət göstərən iri banklar güclü kapitallaşmaya sahibdir və ən sərt böhran şəraitində belə kreditləşməni davam etdirmək iqtidarındadır."Interfax” agentliyinə istinadən, bu barədə Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) açıqladığı stress-testlərin nəticələrində qeyd edilib.

Bu il FED 34 (ötən il 33) bankda yoxlama aparıb. Bu il siyahıya "CIT Group” əlavə olunub.

Tənzimləyicinin "olduqca qeyri-qənaətbəxş” adlandırdığı ssenariyə əsasən, bankların məcmu zərəri 383 mlrd. dollar təşkil edir. Həmin ssenariyə əsasən, işsizliyin səviyyəsi 10% təşkil edir, daşınmaz əmlak bazarı isə 35% geriləyir.

FED bəyan edir ki, banklar 2008-ci ildə müşahidə olunan maliyyə böhranına bənzər vəziyyətə hazırdır və olduqca güclü "təhlükəsizlik yastığı”na malikdirlər.

Xatırladaq ki, ötən il "Deutsche Bank” və "Banco Santander” banklarından başqa digər maliyyə təşkilatları stress-testlərdən uğurla keçib.

Xəbər lenti