Xəzər Xəbər

Tikinti obyektlərində müşahidə kameraları quraşdırılacaq

İqtisadiyyat | 11:39 • 20 İyun 2017
Tikinti obyektlərində müşahidə kameraları quraşdırılacaq

Ölkədə fəaliyyət göstərən tikinti obyektlərində müşahidə kameraları quraşdırılacaq.


Bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi" mövzusunda keçirilən tədbirdə deyib.


Qeyd edilib ki, kameralar tikinti obyektlərinə baxış keçirildikdən sonra quraşdırılacaq. Bu, obyekt sahiblərinə tikinti sahəsini müşahidə eyməyə, işçilərin nizam-intizam qaydalarına riayət etmələrini izləməyə imkan verəcək. Məqsəd tikinti obyektlərində bağlanılan əmək müqavilələri sahəsində neqativ halların aradan qaldırılmasıdır.

Xəbər lenti

Çox oxunanlar