Xəzər Xəbər

Azərbaycanda benzin istehsalı 11% artıb, dizel istehsalı 18% azalıb

İqtisadiyyat | 12:40 • 17 İyun 2017
Azərbaycanda benzin istehsalı 11% artıb, dizel istehsalı 18% azalıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1139,7 mln. manat olmaqla əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 7,1% azalıb.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, bu il ölkədə 524,1 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin 5 ayı ilə müqayisədə 11,3% çoxdur. Nəticədə bu ilin iyunun 1-nə 52,7 min ton məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-may ayları ildə Azərbaycanda 807,6 min ton dizel yanacağı istehsal edilib. Bu, 2016-cı ilin 5 ayı ilə müqayisədə 17,7% azdır. Nəticədə bu ilin iyunun 1-nə 119,4 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il Azərbaycanda ağ neftin istehsalı 8,6% azalıb. Belə ki, bu ilin 5 ayı ərzində ölkədə 254,4 min ton ağ neft istehsal olunub ki, bu ilin iyunun 1-nə 12,4 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 5 ayı ərzində ölkədə neft bitumunun istehsalında 26,4% artaraq 60,3 min ton təşkil edib. Nəticədə iyunun 1-nə 4,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə sürtgü yağlarının istehsalı 2016-cı il ilin 5 ayı ilə müqayisədə 82% artıb. Belə ki, 5 ay ərzində 9,1 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin iyunun 1-nə 7,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım qeydə alınıb. Belə ki, bu il ərzində 86 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 8,9% çoxdur. Nəticədə bu ilin iyunun 1-nə 2,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 5 ayı ərzində Azərbaycanda 241,2 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin 5 ayı ilə müqayisədə 35,6% azalma deməkdir. Nəticədə bu ilin iyunun 1-nə 7,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, 5 ay ərzində ölkədə 84,4 min ton neft koksu istehsal edilib ki, bu da daha əvvəlki ilin 5 ayı ilə müqayisədə 21,8% çoxdur. Nəticədə iyunun 1-nə 12 min ton hazır məhsul ehtiyatı yaranıb.

Xəbər lenti