Xəzər Xəbər

İstanbulda 22-ci Dünya Neft Konqresi keçiriləcək

İqtisadiyyat | 13:34 • 15 İyun 2017
İstanbulda 22-ci Dünya Neft Konqresi keçiriləcək

Türkiyə Prezidenti administrasiyasının himayədarlığı ilə iyunun 9-da İstanbulda 22-ci Dünya Neft Konqresi işə başlayacaq.

Dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçiriləcək konqresdə Azərbaycan da təmsil olunacaq.

Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcı tərəflərə təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq. (AZƏRTAC)

Xəbər lenti