Xəzər Xəbər

4 ölkə uçot dərəcəsini artırdı FED-in qərarından sonra

İqtisadiyyat | 12:07 • 15 İyun 2017
4 ölkə uçot dərəcəsini artırdı

Ötən gün ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) dərəcəsini 0,25% artırdığını bəyan etdikdən sonra dörd ölkənin mərkəzi bankı analoji qərar qəbul edib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Honq-Konqun tənzimləyiciləri müvafiq olaraq uçot dərəcəsini 0,25% artırıb. Qərarlar FED-in bəyanatından dərhal sonra verilib.

Maraqlıdır ki, gözlənilmədən Küveyt Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz olaraq 2,75% səviyyəsində saxlayıb.

Xatırladaq ki, dünən iki gün davam edən iclasın ardından FED uçot dərəcəsini 1-1,25% səviyyəsinədək qaldırıb./apa


Xəbər lenti