Xəzər Xəbər

Gömrük sahəsinə aid sənədlər imzalandı - FOTO

İqtisadiyyat | 14:21 • 14 İyun 2017
Gömrük sahəsinə aid sənədlər imzalandı -

Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası çərçivəsində "Azərbaycan Respublikası – Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiya) arasında Protokol”, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.

Şuranın iclası çərçivəsində, həmçinin "Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”, "Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikasına dair məlumatların müqayisəsi zamanı qarşılıqlı fəaliyyət qaydası haqqında Protokol” imzalanıb.

Xəbər lenti