Xəzər Xəbər

Nazirlik: Braziliyadan damazlıq heyvan alınmayıb

İqtisadiyyat | 14:17 • 14 İyun 2017
Nazirlik: Braziliyadan damazlıq heyvan alınmayıb

"Aqrolizinq” ASC yarandığı vaxtdan qurumun xətti ilə Braziliyadan damazlıq heyvan alınmayıb.

Bu barədə xezerxeber.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlik həmçinin bildirir ki, gələcəkdə də Braziliyadan damazlıq heyvan alınması ilə bağlı müqavilə imzalanmayıb.

KTN bəyan edir ki, Braziliyadan cins heyvanların alınıb gətirilməsi iqtisadi cəhətdən səmərəli deyil və nazirlik belə bir variantı bu günə kimi nəzərdən keçirməyib.

Xəbər lenti