Xəzər Xəbər

Qətər Avropa nəhəngi ilə müqavilə imzaladı

İqtisadiyyat | 11:53 • 14 İyun 2017
Qətər Avropa nəhəngi ilə müqavilə imzaladı
Qətərin "Katar Petroleum" şirkəti Avropa nəhəngi "Royal Dutch Shell"lə beynəlxalq dəniz nəqliyyatında istifadə üçün dünya miqyasında mayeləşdirilmiş qaz (LNG) yanacaqdoldurma komplekslərinin inşaası ilə bağlı müqavilə imzalayıb. "Katar Petroleum"un idarə heyətinin sədri Səəd Şəridə əl-Kaabi və "Royal Dutch Shell"in icraçı direktoru Ben van Beurden Dohada bir araya gələrək rəsmi imzalama mərasimində iştiriak ediblər.

Yeni inşa olunacaq komplekslərin Avropa, Yaxın Şərq və Şərqi Asiyada olması gözlənilir. Səəd Şəridə əl-Kaabi mərasimdə bildirib ki, ölkəsi 2030-cu ilə qədər LNG yanacaqdoldurma üçün tələbi 50 milyon tona qədər çatdırmaq fikrindədir: "Biz LNG yanacaqdoldurma komplekslərini və mayeləşdirilmiş qazı dəniz nəqliyyatında təmiz enerji mənbəyi kimi gələcək vəd edən bir imkan kimi qiymətləndiririk. LNG yanacaqdoldurma üçün tələbin 2030-cu ildə 50 milyon tona qədər çatmasını gözləyirik".

Qeyd edək ki, "Royal Dutch Shell" neft və qaz sektoruna 20 milyard dollar sərmayəsi ilə Qətərin ən böyük enerji investorlarından biridir. Qətər başda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmaqla 27 ölkəyə qaz ixrac edir. Ölkə dünyadı qaz istehlakının 30 faizini təmin edir./faktxəbər

Xəbər lenti