Xəzər Xəbər

Bəzi sığorta agentlərinin lisenziyaları ləğv edilib

İqtisadiyyat | 15:25 • 13 İyun 2017
Bəzi sığorta agentlərinin lisenziyaları ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun tarixli qərarına əsasən bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb.

Palatadan xezerxeber.az-a verilən məlumata görə, Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib.

Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

Bundan başqa, iki fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.

Direktorlar Şurasının iclasında Şahzadə Emin Şahgəldi oğlu və Qubadov Elxan İlham oğlunun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.


Xəbər lenti