Xəzər Xəbər

Bloomberg: FED bu il iki dəfə faizləri artıracaq

İqtisadiyyat | 16:55 • 12 İyun 2017
Bloomberg:

ABŞ Federal Ehtiyat Sistemi (FED) bu il uçot dərəcəsini 2 dəfə artıracaq və inflyasiya gözləntilərində azalma müşahidə edilməsinə baxmayaraq, ilin sonuna qədər balansını kiçiltməyə başlayacaq. Bu proqnoz "Bloomberg” agentliyinin 49 iqtisadçı arasında apardığı sorğunun nəticələriəsasında ortaya çıxıb.

İyunun 5-8-də aparılan sorğuya əsasən, FED iyunun 14-dəki iclasında və sentyabr iclasında faizləri artıracaq. Qeyd edək ki, iqtisadçıların bundan əvvəlki təhlilləri FED-in faizləri iyun və dekabrda artıracağını göstərib.

Fransanın "Societe Generale” bankının ABŞ-dakı nümayəndəliyindən iqtisadçı Ömər Şərif (Omair Sharif) bildirib ki, inflyasiyada yavaşlama var və bu hədəfə nail olmamağa səbəb ola bilər: "FED daha diqqətli olmalıdır”.

Xəbər lenti