Xəzər Xəbər

“Barselona” futbol klubunun böyük məbləğdə borcu var

İdman | 13:46 • 26 Yanvar 2021
“Barselona” futbol klubunun böyük məbləğdə borcu var

İspaniyanın "Barselona” futbol klubunun ümumi borcu 1,173 milyard avroya çatıb.


"El Mundo Deportivo” nəşri xəbər yayıb ki, kataloniyalıların 2020-ci il üçün kluba olan borcları çıxmaqla xalis itkisi 488 milyon avrodur. Transferlərə görə, "Barselona”nın digər klublara cəmi 322 milyon avrodan çox borcu var.


Əməkhaqları klubun xərcləri arasında ən böyük yeri tutur. Belə ki, klubun büdcəsinin 74 faizi məhz əməkhaqlarının ödənməsinə sərf olunur.

Xəbər lenti