Xəzər Xəbər

“Qalatasaray” Onyekurunun keçidini açıqladı

İdman | 22:39 • 25 Yanvar 2021
“Qalatasaray” Onyekurunun keçidini açıqladı

"Monako”nun futbolçusu Henri Onyekurunun "Qalatasaray”a keçidi rəsmiləşib.


Türkiyə klubu 24 yaşlı hücumçunu rəsmi saytı vasitəsilə təqdim edib.


Klublar arasında anlaşmaya əsasən, Onyekuru mövsümün sonuna qədər "sarı-qırmızılılar”a icarəyə verilib. Bununla Nigeriya millisinin üzvü üçüncü dəfə "Qalatasaray”da icarə əsasında çıxış edəcək.



"Cim-bom” onu mövsümün sonunda 4 milyon 350 min avro qarşılığında birdəfəlik transfer edə biləcək./Apasport.az

Xəbər lenti