İtaliyanın "Milan” klubu Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiçlə müqavilə bağlayıb.
Milan klubunun rəsmi saytının xəbərinə görə, 34 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə bağlanılıb.
Onunla daha sonra bir illik müqavilə müddəti uzadıla bilər. Mancukiç "Milan”da 9 nömrəli formanı geyinəcək.