Xəzər Xəbər

Messini ağır cəza gözləyir

İdman | 18:28 • 18 Yanvar 2021
Messini ağır cəza gözləyir

İspaniya Super kubokunda "Atletik"lə qarşılaşmada qırmızı vərəqə alan "Barselona"nın kapitanı Lionel Messini ağır cəza gözləyir.


 Argentinalı hücumçu qarşılaşmanın 120-ci dəqiqəsində rəqib futbolçu Asyer Vilyalibreyə arxadan zərbə vurduğu üçün 4 oyunluq cəza ala bilər.



Ulduz futbolçu "Barselona"nın heyətində ilk dəfə qırmızı vərəqə alıb.



"Barselona" Super kubok matçında "Atletik"ə 2:3 hesabı ilə uduzaraq titulsuz qalıb.

Xəbər lenti