Xəzər Xəbər

Makqreqor: “Nurməhəmmədov mənimlə döyüşdən qorxur”

İdman | 11:46 • 17 Yanvar 2021
Makqreqor: “Nurməhəmmədov mənimlə döyüşdən qorxur”

Keçmiş UFC çempionu Konor Makqreqor rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun onunla döyüşməkdən qorxduğunu deyib.


Bu barədə o ESPN-ə müsahibəsində bildirib:


"Mənimlə döyüşməkdən qorxur. Buna dəhşətli dərəcədə əminəm. Ancaq onu günahlandırmıram. O gecə mən onun ən yaxşı, o isə mənim ən pis versiyamla mübarizə apardı”.


Qeyd edək ki, 2020-ci ilin noyabrında Makqreqor Nurməhəmmədovu fenomenal döyüşçü adlandırıb.


Xatırladaq ki, 2018-ci ilin oktyabrında irlandiyalı və rusiyalı arasındakı döyüş dördüncü turda Nurməhəmmədovun qələbəsi ilə sona çatmışdı.

Xəbər lenti