Xəzər Xəbər

"Tottenhem" Beyldən imtina edir

İdman | 16:01 • 15 Yanvar 2021
"Tottenhem" Beyldən imtina edir

ngiltərənin "Tottenhem" klubu futbolçusu Qaret Beyli komandada saxlamaq istəmir.


"The Times" nəşri xəbər verir ki, London təmsilçisi İspaniya "Real Madrid"indən icarəyə götürülən 32 yaşlı hücumçunu yayda icarə müddəti bitdikdə geri qaytarmaq niyyətindədir.


Qeyd edək ki, Qaret Beyl 2020/2021 mövsümündə "Tottenhem" forması ilə 12 matça çıxıb və 3 qol vurub. Onun "Real Madrid"lə müqaviləsi 2022-ci ilin yayına qədərdir./Offsideplus.az

Xəbər lenti