Xəzər Xəbər

Maradona bir dəqiqəlik sükutla yad ediləcək

İdman | 17:47 • 3 Dekabr 2020
Maradona bir dəqiqəlik sükutla yad ediləcək

Dekabrın 4-də FIFA Şurasının iclasında Dieqo Maradonanın xatirəsi yad ediləcək.


"Xezerxeber.az" FIFA-nın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, onlayn keçiriləcək toplantıdan əvvəl bir dəqiqəlik sükut olacaq.


Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.


Nərmin Məcidli

Xəbər lenti