Xəzər Xəbər

Azərbaycan Premyer Liqası: "Neftçi" və "Zirə" üz-üzə gələcək

İdman | 09:36 • 28 Noyabr 2020
Azərbaycan Premyer Liqası: "Neftçi" və "Zirə" üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.


Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.


Günün yeganə matçı "Bakcell Arena"da "Neftçi" və "Zirə" komandaları arasında olacaq. Samir Abbasovun baş məşqçi postuna gəlişindən sonra səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edən "ağ-qaralar" 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Rəqibindən 1 xal çox toplayan "qartallar" isə ikinci sırada yer alıblar.


Bu günə nəzərdə tutulan "Sumqayıt" - "Qəbələ" matçı isə qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.

Xəbər lenti