Xəzər Xəbər

Mesut Özil: İslam dinində terrora yer yoxdur

İdman | 19:49 • 30 Oktyabr 2020
Mesut Özil: İslam dinində terrora yer yoxdur

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Fransada baş vermiş faciəvi hadisəyə münasibət bildirib.

Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi bununla bağlı özünün "Instagram" hesabında paylaşım edib.

32 yaşlı oyunçu "İslam dinində terrora yer yoxdur" yazıb.

Qeyd edək ki, Fransanın Nitsa şəhərində naməlum şəxs kilsənin qarşısında insanlara hücum edərək terror aktı törədib. Hadisə nəticəsində 3 nəfər ölüb. Bir neçə saatdan sonra isə Avinyonda bıçaqla silahlanmış şəxs polislərə hücum çəkib.

Xəbər lenti