Xəzər Xəbər

"Çelsi" karyerasını bitirmiş məşhur qapıçını sifariş etdi

İdman | 13:53 • 21 Oktyabr 2020
"Çelsi" karyerasını bitirmiş məşhur qapıçını sifariş etdi

İngiltərənin "Çelsi" komandası maraqlı addımı ilə diqqət çəkib.


"Zadəganlar" 2019-cu ildə karyerasını başa vurmuş qapıçı Petr Çexi Premyer Liqada 2020/2021 mövsümü üçün sifariş ərizəsinə daxil edib.


Hazırda London klubunda texniki direktor vəzifəsini yerinə yetirən çexiyalı qolkiperlə əlavə müqavilə imzalanmadığı bildirilib. Onun iştirak ərizəsinə salınmasının koronavirus pandemiyasının mümkün mənfi nəticələrindən qaynaqlandığı vurğulanıb.


Qeyd edək ki, "Çelsi" cari mövsüm üçün Peter Çexlə yanaşı, Kepa Arrisabalaqa, Villi Kabalyero və Eduar Mendini də sifariş edib.

Xəbər lenti