Xəzər Xəbər

Azarkeşlər Çempionlar Liqasının oyunlarına buraxıla bilər

İdman | 16:48 • 1 Oktyabr 2020
Azarkeşlər Çempionlar Liqasının oyunlarına buraxıla bilər

UEFA 2020/2021 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında azarkeşlərin stadionlara buraxılması variantını nəzərdən keçirir.


"Mundo Deportivo" nəşri xəbər verir ki, bunun üçün hər bir ölkənin yerli hökumətinin razılığı olmalıdır.


İddiaya görə, qitə futbol qurumu bu vasitə ilə pandemiyadan əziyyət çəkən klubların zərərlərini azaltmasına və bilet satışından pul qazanmasına imkan yaratmaq istəyir.


Qeyd edək ki, Çempionlar Liqasında qrup oyunları oktyabrın 20-da start götürəcək.

Xəbər lenti