Xəzər Xəbər

"Legiya" - "Qarabağ": təyinatlar açıqlandı

İdman | 15:11 • 25 Sentyabr 2020
"Legiya" - "Qarabağ": təyinatlar açıqlandı

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Legiya" (Polşa) - "Qarabağ" matçının təyinatları açıqlanıb.


 


XəzərXəbər xəbər verir ki, oyunu almaniyalı FIFA referisi Tobias Ştiler idarə edəcək. Ona yerliləri - Kristian Qittelmann və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlaqer yerinə yetirəcək.


 


Oktybarın 1-i Varşavada keçiriləcək oyun Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Xəbər lenti