Xəzər Xəbər

"Barselona" "Mançester Siti"nin futbolçusunu transfer edir

İdman | 10:55 • 22 Sentyabr 2020
"Barselona" "Mançester Siti"nin futbolçusunu transfer edir

"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya "Barselona"ya keçmək üzrədir.


 


"El Chiringuito" xəbər verir ki, katalonlar 19 yaşlı futbolçunun keçidini 18 milyon avroya həll edəcək.


 


İspaniyalı futbolçu bu gün "şəhərlilər"in Premyer Liqada "Vulverhempton"a qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.


 


Qarsiyanın Mançester təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatır. O, 2017-ci ildə 1,7 milyon avro qarşılığında "Barselona"nın akademiyasından "Mançester Siti"yə keçib. Qarsiya ötən mövsüm əsas komandada 17 oyun keçirib və 1 məhsuldar ötürmə edib.


Xəbər lenti