Xəzər Xəbər

"Trabzonspor"un qapıçısı Fransa klubuna keçir

İdman | 10:22 • 22 Sentyabr 2020
"Trabzonspor"un qapıçısı Fransa klubuna keçir

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır Fransanın "Renn" klubundan təklif alıb.


 


"Milliyet" xəbər verir ki, Liqa 1 təmsilçisi 24 yaşlı qolkiper üçün 15+3 milyon avro və növbəti satışdan 15 faiz pay ödəməyə hazırdır. Trabzon təmsilçisi bu təklifi dəyərləndirmək fikrindədir.


 


Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 43 oyunda 48 top buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

Xəbər lenti