Xəzər Xəbər

“Neftçi” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb

İdman | 08:54 • 18 Sentyabr 2020
“Neftçi” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Neftçi” - "Qalatasaray” oyunu başa çatıb.


Xezerxeber.az xəbər verir ki, matçda "Qalatasaray" komandası 3:1 hesablı qələbə qazanıb.


"Neftçi”nin qolunu Mamadu Mbodj vurub. Rəqib komandadan isə Mbaye Diaqne dubl edib, Kristian Luyindama bir dəfə fərqlənib.


Beləliklə, "Neftçi” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Xəbər lenti