Xəzər Xəbər

ŞOK İDDİA - Messi "Barselona"dan ayrılmaq qərarına gəldi

İdman | 15:06 • 15 Avqust 2020
ŞOK İDDİA -

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi 2021-ci ildə komandadan ayrılmaq barədə qərar verib. 


"COPE" nəşri xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu klubun idarəetmə sistemindən məyusdur və müqaviləsini yeniləmək niyyətində deyil. 


Messi yalnız Kataloniya təmsilçisinin rəhbərliyində dəyişikliklər olsa və komanda yenidən qurulacağı təqdirdə klubda qala bilər. 


Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır. 

Xəbər lenti