Xəzər Xəbər

PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"

İdman | 14:11 • 13 Avqust 2020
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"

"Bu, gözəl gündür. Yarımfinala vəsiqə qazanmaq mentalitetimizi dəyişdirmək üçün lazım idi. Futbolçular çox yaxşı çıxış etdi, qürur duyuram". 


Bu fikirləri Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/4 finalında İtaliya "Atalanta"sını 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra "RMC Sport"a açıqlamasında deyib. 


47 yaşlı funksioner bildirib ki, çoxları Paris təmsilçisinin Çempionlar Liqasına hazır olmadığını iddia edib. Klubun rəhbəri hazırda yarımfinal haqqında düşünməli olduqlarını diqqətə çatdırıb. 


O, komandanın ulduz futbolçuları Neymar və Kilian Mbappenin klubdakı taleyi barədə də danışıb: "Onlar dünyanın ən yaxşı futbolçularından biridir. Həm Neymar, həm də Mbappe klubda qalacaq, PSJ-ni buraxmayacaqlar!"


Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının yarımfinalında "Leyptsiq” (Almaniya) – "Atletiko” (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək. 


Xəbər lenti