Xəzər Xəbər

Arsen Venger "Barselona"nın təklifini rədd etdi

İdman | 12:55 • 13 Avqust 2020
Arsen Venger "Barselona"nın təklifini rədd etdi

İspaniyanın "Barselona" klubunun rəhbərliyi İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi Arsen Vengerə təklif göndərib. 


"Le10sport" nəşri xəbər verir ki, 71 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin təklifini rədd edib. 


Qeyd edək ki, Arsen Venger 1996-cı ildən rəhbərlik etdiyi "Arsenal"ı 2017/2018 mövsümünün sonunda tərk edib. "Barselona"nın hazırkı baş məşqçisi Kike Setyenlə müqaviləsi 2022-ci ilin yayında başa çatır.


Daha əvvəl klubun sabiq futbolçusu Qətərin "Əl Sədd" komandasına rəhbərlik edən Xavinin baş məşqçi təyin ediləcəyi iddia edilib. 


Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 14-də olacaq. 

Xəbər lenti