Xəzər Xəbər

Çempionlar Liqası: Bu gün növbəti yarımfinalçı müəyyənləşəcək

İdman | 12:33 • 13 Avqust 2020
Çempionlar Liqası: Bu gün növbəti yarımfinalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.


Almaniya "Leyptsiq”i İspaniyanın "Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.


Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade” stadionunda baş tutacaq matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.


Vacib oyun öncəsi hər iki komandada itkilər var. "Atletiko”nun heyətində Anhel Korrea və Şime Vrsalko koronavirusa yoluxduqları üçün oynamayacaqlar. "Leyptsiq”də isə Fabris Hartman və Marsel Zabitzer zədə səbəbindən matçı buraxacaqlar.


Qeyd edək ki, 1/4 finalın ilk oyununda Fransa çempionu PSJ İtaliya "Atalanta”sını 2:1 hesabı ilə məğlub edib. Paris təmsilçisi yarımfinalda "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin qalibi ilə üz-üzə gələcək.


13 avqust


Çempionlar Liqası, 1/4 final


23:00. "Leyptsiq” (Almaniya) – "Atletiko” (İspaniya)

Baş hakim: Şimon Marçinyak

Portuqaliya, Lissabon. "Joze Alvalade” stadionu

Xəbər lenti