Xəzər Xəbər

“Tottenhem” 20 milyon dollarlıq oyunçu transfer edir

İdman | 17:44 • 12 Avqust 2020
“Tottenhem” 20 milyon dollarlıq oyunçu transfer edir

"Tottenhem” "Sauthempton”un yarımmüdafiəçisi Pyer-Emil Hoybyerq ilə müqavilə imzaladığını təsdiqləyib.


Klub 25 yaşlı danimarkalı oyunçu ilə 5 illik müqavilə imzalayıb və bu "Tottenhem”in yay transferi çərçivəsində ilk böyük transferi olub.


Xarici media "Mahmızlar”ın Hoybyerq üçün 15 milyon funt sterlinq (20 milyon dollar) və üstəlik bonuslar ödədiyini qeyd edir.


Ötən mövsüm Premyer Liqada "Müqəddəslər”in tərkibində icarə əsasında çıxış edən müdafiəçi Klye Volker-Peters əks istiqamətə keçib.


Belə ki, "Tottenhem” klubu oyunçunun 2019-2020 mövsümünün ikinci yarısını "Sauthempton”da keçirməsinin ardından Petersin həmin kluba transfer olunduğunu bəyan edib. Transferin dəyərinin 12 milyon funt sterlinq (15 milyon dollar) civarında olduğu və Hoybyerqin transferindən ayrı olaraq baş tutduğu bildirilib.


Qeyd edək ki, Hoybyerq 128 oyuna çıxdığı və beş qol atdığı "Sauthempton” klubu ilə dörd mövsüm keçirib./Offsideplus.az

Xəbər lenti