Xəzər Xəbər

"Fənərbağça"dan yeni transfer 4 illik müqavilə imzalandı

İdman | 18:01 • 6 Avqust 2020
"Fənərbağça"dan yeni transfer

Türkiyənin "Fənərbağça" komandası heyətinə yeni futbolçu qatıb.


XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Sivasspor"dan ayrılan Mert Hakan Yandaşı transfer edib.


26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.


Qeyd edək ki, "Fənərbağça" dünən "Alanyaspor" ilə müqaviləsi başa çatan baş məşqçi Erol Bulutun komandanın sükanı arxasına gətirildiyini açıqlayıb.

Xəbər lenti