Xəzər Xəbər

Nə Klopp, nə də Quardiola... Dünyanın ən yaxşı məşqçisi odur

İdman | 17:25 • 4 Avqust 2020
Nə Klopp, nə də Quardiola...

Fransanın "L Equipe" nəşri hazırkı məqamda dünyanın ən yaxşı baş məşqçisini seçib.


Fransa qəzeti bu ada İspaniya "Real Madrid"inə başçılıq edən Zinəddin Zidanı layiq görüb.


Fransalı mütəxəssisi İngiltərənin "Liverpul" klubunun almaniyalı baş məşqçisi Yurgen Klopp izləyir. İlk "3-lüy"ü isə "Mançester Siti"nin sükanı arxasında olan Xosep Qvardiola tamamlayır.


Qeyd edək ki, "Real Madrid" 2019/2020 mövsümündə Zinəddin Zidanın rəhbərliyi altında La Liqanın qalibi olub. "Kral klubu" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda isə evdə "Mançester Siti"yə 1:2 hesabı ilə uduzub.

Xəbər lenti