Xəzər Xəbər

"Barselona" hücumçusunu Premyer Liqa klubuna satır

İdman | 15:39 • 4 Avqust 2020
"Barselona" hücumçusunu Premyer Liqa klubuna satır

"Barselona"nın hücumçusu Martin Braytuayt karyerasını İngiltərədə davam etdirə bilər.


XəzərXəbər "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Vest Hem" Braytuaytın xidmətində maraqlıdı. Tərəflər arasındakı danışıqlar yekun mərhələdədi. London klubunun 20 milyon avro qarşılığında transferi rəsmiləşdirəcəyi gözlənilir.


"Barselona" fevral ayında "Leqanes"ə 18 milyon avro ödəyərək 29 yaşlı futbolçunu heyətinə qatmışdı. Braytuayt 2019-20 mövsümündə La Liqada 11 matçda meydana çıxıb və bir qolla yadda qalıb.


Fanat.Az

Xəbər lenti