Xəzər Xəbər

"Real" ümidini Beylin satışına bağlayıb

İdman | 15:36 • 4 Avqust 2020
"Real" ümidini Beylin satışına bağlayıb

"Real"ın transfer bazarındakı fəaliyyəti Qaret Beyldən asılıdı.


XəzərXəbər ESPN-ə istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə böhran kluba ağır təsir edib. "Real"ın büdcəsində transferlərə ayıracaq əlavə pul yoxdu. Yalnız Beyl satılacağı təqdirdə, Madrid təmsilçisi heyətinə oyunçu cəlb edə biləcək.


Uelsli futbolçunun yüksək məvacibi və "Real"da qalmaq istəməsi keçidin reallaşmasını müşkül məsələyə çevirir. Beylin müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.


Fanat.Az

Xəbər lenti