Xəzər Xəbər

Rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq

İdman | 13:26 • 4 Avqust 2020
Rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq

İngilis futbol liqalarındakı hakimlər, qəsdən rəqibləri və ya matç heyətinin üzərinə öskürən futbolçuları oyundan kənarlaşdırmağa başlaya bilər.


Bu imkan koronavirus pandemiyası zamanı matç iştiakçılarına aid yeni fərmanda səsləndirilib.


Qeyd edilir ki, hakimlər oyun zamanı oyunçular arasındakı sosial məsafəni qorumaq məcburiyyətində deyillər. Həmçinin meydançaya tüpürən oyunçuları da cəzalandırmaq olmayacaq.

Xəbər lenti