Xəzər Xəbər

"Barselona" 60 milyon avroluq təklifi rədd etdi

İdman | 12:45 • 4 Avqust 2020
"Barselona" 60 milyon avroluq təklifi rədd etdi

"Barselona" vinqeri Fransişku Trinkaunu sata bilərmiş.


XəzərXəbər "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" İngiltərə Premyer Liqasının iddialı klublarından birindən Trinkauya görə 60 milyon avro dəyərində təklif alıb. Lakin katalon klubu təklifi rədd edib. "Barsa" rəhbərliyi 20 yaşlı futbolçunu gələcək adına önəmli fiqurlardan biri hesab edir.


"Blauqrana" Trinkaunu qışda 31 milyon avro qarşılığında "Braqa"dan transfer etmiş və onun mövsümün sonuna kimi Portuqaliya klubunda icarə əsasında oynamasına razılıq vermişdi.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar