Xəzər Xəbər

"Barselona" Rakitiçi satır

İdman | 17:57 • 2 Avqust 2020
"Barselona" Rakitiçi satır

"Barselona" furbolçusu İvan Rakitiçi komandadan göndərə bilər.


"Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu müqaviləsi 2021-ci ildə başa çatacaq 32 yaşlı yarımmüdafiəçini azad agent kimi buraxmaq yox, onu 10 milyon avroya satmaq niyyətindədir. İspaniya təmsilçisi yeni mövsüm üçün heyətini cavanlaşdırmaq və maaş xərclərini azaltmağı planlaşdırır. Buna görə də "Barselona" xorvatiyalı oyunçudan gəlir götürmək şərti ilə yollarını ayırmaq istəyir.


Qeyd edək ki, İ.Rakitiç bu mövsüm 31 matça çıxaraq 1 qol vurub və 1 qolun ötürməsini verib./Qol.az

Xəbər lenti