Xəzər Xəbər

"Bavariya"ya qarşı oynamayacaqlar

İdman | 17:51 • 2 Avqust 2020
"Bavariya"ya qarşı oynamayacaqlar

"Çelsi"nin futbolçuları Kristian Pulişiç və Sesar Aspilikueta Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə cavab oyununu buraxacaqlar.


Britaniya mətbuatı xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Frank Lempard məlumat verib. O, sözügedən oyunçuların İngiltərə Federasiya kubokunun finalında "Arsenal"la matçda zədələndiyini bildirib.


Qeyd edək ki, "Bavariya" - "Çelsi" görüşü avqustun 8-u keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada Münhen təmsilçisi 3:0 hesabı ilə qalib gəlib./Qol.az

Xəbər lenti