Xəzər Xəbər

"Barselona" Setyenlə bağlı qərarını verdi

İdman | 14:44 • 2 Avqust 2020
"Barselona" Setyenlə bağlı qərarını verdi

"Barselona" klubunun prezidenti Xosep Bartomeu baş məşqçi Kike Setyenin komandadan göndəriləcəyi haqda yayılan xəbərlərə reaksiya verib.


Kataloniya təmsilçisinin rəhbəri 61 yaşlı mütəxəssislə yolları ayırmaq fikrində olmadıqlarını bildirib. 


Bartomeu heç bir mütəxəssislə danışıqlar aparmadıqlarını və pandemiya dövründəki bir neçə ay müddətində Setyenin fəaliyyətini dəyərləndirməyin çox çətin olduğunu bildirib.


O, həmçinin "Barselona"nın sabiq futbolçusu Xavi ilə bağlı da danışıb və onunla yaxın münasibətlərinin olduğunu vurğulayıb. Bartomeu onun kluba baş məşqçi gətirilməsi iddialarını da təkzib edib.

Xəbər lenti