Xəzər Xəbər

"Qızıl buts"un sahibi bəlli oldu - RƏSMİ

İdman | 13:23 • 2 Avqust 2020
"Qızıl buts"un sahibi bəlli oldu - RƏSMİ

2019/20ci illər mövsümü üzrə "Qızıl buts" mükafatını qazanan futbolçunun adına aydınlıq gəlib.


Fəxri mükafata "Latsio" klubunun hücumçusu Ciro İmmobile sahib çıxıb. A Seriyanın 38-ci turunda "Napoli" ilə matçda fərqlənən futbolçu vurduğu qolların sayını 36-ya çatdırıb.


Bununla da 37 oyunda 36 qol və 8 məhsuldar ötürmə verən 30 yaşlı italiyalı forvard ən yaxın izləyicisi Robert Levandovski və Kristiano Ronaldonu qabaqlayıb.

Xəbər lenti