Xəzər Xəbər

Türkiyə millisinin üzvü "Sassuolo"da

İdman | 15:38 • 1 Avqust 2020
Türkiyə millisinin üzvü "Sassuolo"da

Almaniyanın "Fortuna" klubunun futbolçusu Kaan Ayhan karyerasını İtaliyada davam etdirəcək.


 

A Seriya təmsilçisi "Sassuolo" 2-ci Bundesliqaya düşən klubun futbolçusu ilə 4 illik razılığa gəlib. Bu keçid "yaşıl-qaralar"a 2,5 milyon avroya başa gəlib.


25 yaşlı müdafiəçi ötən mövsüm Bundesliqada keçirdiyi 31 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Türkiyə millisinin üzvü 2016-cı ildə 500 min avroya "Şalke"də Düsseldorf təmsilçisinə keçmişdi.

Xəbər lenti