Xəzər Xəbər

"Beşiktaş" braziliyalı müdafiəçi ilə anlaşdı

İdman | 15:33 • 1 Avqust 2020
"Beşiktaş" braziliyalı müdafiəçi ilə anlaşdı

"Beşiktaş" transfer fəaliyyətini davam etdirir.


"Qara qartallar" "Alanyaspor"un futbolçusu Vellintonu transfer edib. "Ağ-qaralar" 31 yaşlı futbolçu ilə 2 illik razılığa gəlib.


 

İstanbul təmsilçisi bu transferin qarşılığında qarşı tərəfə 22 yaşlı müdafiəçisi Fatih Aksoyu verib.


 

Vellinton 2017-ci ildən "Alanyaspor"da çıxış edirdi. O, başa çatan mövsüm keçirdiyi 27 oyunda 3 qol vurub.


 

"Beşiktaş" "Alanyaspor"dan daha öncə konqolu müdafiəçi Fabris Nsakalanı transfer etmişdi.

Xəbər lenti