Xəzər Xəbər

Robert Prosineçki "Trabzonspor"da?

İdman | 10:33 • 1 Avqust 2020
Robert Prosineçki "Trabzonspor"da?

Baş məşqçi axtarışını davam etdirən "Trabzonspor" "Kayserispor"la müqaviləsi başa çatan Robert Prosineçki ilə görüşüb.


"Fanatik" xəbər verir ki, xorvatiyalı mütəxəssis Qara dəniz təmsilçisindən illik 1 milyon avro maaş istəyib. "Bordo-mavilər" 51 yaşlı mütəxəssisə bu maaşı ödəməyə hazırdır.


Prosineçki ilə Super Liqaya vəsiqə qazanan "Hatayspor" da maraqlanır.


"Trabzonspor"un baş məşqçi postuna digər namizəd isə Abdullah Avcıdır. Türkiyəli mütəxəssisin maaş tələbi xorvatiyalı ilə müqayisədə daha çoxdur. Lakin klub daxilində yekun qərar verilməyib.


Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Xəbər lenti

Çox oxunanlar