Xəzər Xəbər

Baş məşqçi Mbappenin zədəsindən danışdı: “Kiçik bir möcüzə olacaq”

İdman | 12:28 • 31 İyul 2020
Baş məşqçi Mbappenin zədəsindən danışdı: “Kiçik bir möcüzə olacaq”

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın hücumçusu Kilian Mbappenin Çempionlar Liqası qarşılaşmalarında bərpa olunacağına ümid etdiyini açıqlayıb.


Bu barədə RMC məlumat yayıb.

"Bəli, mən hələ də buna inanıram. Bu, kiçik bir möcüzə olacaq”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Kilian Mbappe Fransa kuboku uğrunda qarşılaşmada zədələnib.

PSJ avqustun 12-də Çempionlar Liqasında "Atalanta” ilə qarşılaşacaq.

Xəbər lenti