Xəzər Xəbər

AFFA Canni De Byazi ilə müqaviləni rəsmiləşdirib

İdman | 18:38 • 30 İyul 2020
AFFA Canni De Byazi ilə müqaviləni rəsmiləşdirib

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.


Xezerxeber.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, bu gün tərəflər arasında müqavilə imzalanıb.


Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.

Xəbər lenti