Xəzər Xəbər

Premyer Liqanın avqustun 21-də başlamasını təklif edilib

İdman | 12:06 • 30 İyul 2020
Premyer Liqanın avqustun 21-də başlamasını təklif edilib

Ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə yaradılan İşçi Qrup Premyer Liqa ilə bağlı təklifini təqdim edib.


İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün başlanması üçün tarix müəyyənləşdirilib.


Qurum yarışın bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.


PFL tərəfindən çempionatın başlanma tarixi ilə qərar qəbul olunmazdan əvvəl COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub.


Qeyd edək ki, İşçi Qrupuna AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən Cahangir Həsənzadə, AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və PFL-in Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov daxildir.

Xəbər lenti