Xəzər Xəbər

Klopp Lallananın ardınca daha iki məşhur futbolçunu göndərir

İdman | 19:38 • 29 İyul 2020
Klopp Lallananın ardınca daha iki məşhur futbolçunu göndərir

Son Premyer Liqa çempionu "Liverpul"un heyətində daha iki ayrılıq yaşanmaq üzrədir.


Bu günlərdə Adam Lallananın "Brayton"a keçidinin ardından daha iki futbolçu komandadan getməyə namizəddir.


Sözügedən oyunçular Divok Origi və Cerdan Şakiridir.


Baş məşqçi Yurgen Klopp bu futbolçuları sərəncamında görmək niyyətində deyil.


Artıq Origi və Şakirinin satışa çıxarıldığı bildirilir.

Xəbər lenti