Xəzər Xəbər

Villian Londonun digər klubuna keçir

İdman | 17:33 • 29 İyul 2020
Villian Londonun digər klubuna keçir

"Çelsi" ilə olan müqaviləsi başa çatan Villian İngiltərənin digər klubu "Arsenal"la anlaşmağa yaxındır.


"The Guardian" xəbər verir ki, "Çelsi" ilə Villianın yeni müqavilə danışıqları braziliyalının 3 illik saziş istəməsi səbəbindən dayandırılıb.


Xəbərdə futbolçunun "Arsenal"la anlaşmaq üzrə olduğu bildirilib.


Qeyd edək ki, Villian 2013-cü ildə "Anji"dən "Çelsi"yə transfer olunub. 31 yaşlı oyunçu son mövsümdə 34 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə edib./Offsideplus.az

Xəbər lenti