Xəzər Xəbər

"Mançester Yunayted"in transfer siyahısında 8 futbolçu yer aldı

İdman | 18:12 • 28 İyul 2020
"Mançester Yunayted"in transfer siyahısında 8 futbolçu yer aldı

"Mançester Yunayted”in transfer planları müəyyənləşib.


Premyer Liqa təmsilçisi yay fasiləsində 8 futbolçu transfer etməyi planlaşdırır.

 

Bunlar müdafiəçilər Kalidu Kulibali (Napoli), Tayron Minqs (Aston Villa), Natan Ake (Bornmut), yarımmüdafiəçilər Donni van de Bek (Ayaks), Cek Qriliş (Aston Villa), Ceydon Sanço (Borussiya D), hücumçular Mussa Dembele (Lion) və Harri Keyndir (Tottenhem).


Komandadan gedəcəyi gözlənilən futbolçular isə yarımmüdafiəçilər Cessi Linqard, Andreas Pereyra, müdafiəçilər Fil Cons, Kris Smollinq, Markos Roxo və hücumçu Aleksis Sançesdir./Offsideplus.az

Xəbər lenti