Xəzər Xəbər

Həbibin peşəkar karyerasında son rəqibi o döyüşçü olacaq Dana Uayt açıqladı

İdman | 14:32 • 28 İyul 2020
Həbibin peşəkar karyerasında son rəqibi o döyüşçü olacaq

Dağıstanlı MMA çempionu Həbib Nurməhəmmədovun karyerasında son potensial rəqibi proqnozlaşdırılıb.


"Ultimate Fighting Championship”in təşkilatçısı Dana Uayt avar döyüşçünün son rəqibinin kanadalı Corc Sent-Pier ola biləcəyini açıqlayıb.


"İndi Həbib Qatji ilə döyüş haqqında düşünür. 30-cu döyüşdə kimin rəqibi olacağını bilmirəm. Konor Makqreqorun həmişə bu mübarizəni arzuladığını bilirəm. Sent-Pier ilə vuruşmaq? Əlbəttə ki, bu, onun karyerasında son mübarizə ola bilər" - Uayt bildirib.


Qeyd edək ki, Nurməhəmmədovla Qatji arasında sentyabr ayında son döyüş keçirilməsi planlaşdırılırdı, ancaq çempionun atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun koronavirus səbəbilə ölümündən sonra planlar dəyişdi.

Xəbər lenti